Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-nun rektoru Şahin Bayramov Gəncədə məktəblilərlə görüşüb

14

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) inzibati binasında “Müasir dövrün peşələri” mövzusunda görüş keçirilib.

Görüşdə Gəncə-Daşkəsən RTİ-nin əməkdaşları, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, müəllimlər və valideynlər iştirak edib.

Görüşün keçirilməsində əsas məqsədin yuxarı sinif şagirdlərinin müasir peşələr, peşə seçimləri barədə ətraflı məlumatlandırmaqdan ibarət olduğunu diqqətə çatdıran RTİ-nin müdiri Anar Qədiməliyev qonağı iştirakçılara təqdim edib.

Sonra, MDU-nun rektoru Ş.Bayramov çıxış edərək müasir peşələr, yaxın gələcəkdə daha aktual olacaq peşələr, peşə seçimi zamanı nəzərə alınması vacib olan amillər, əmək bazarındakı reallıqlar, uğurlu karyeranı şərtləndirən innovativ bacarıqlar, tövsiyə olunan zəruri səriştələr, xarici dil biliklərinin önəmi və digər məsələlər barədə danışıb.

Səmimi formatda keçən görüşdə iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Sonda, Ş.Bayramov həmmüəllifi olduğu “Karyera planlaması” adlı kitabı görüşdə fəal iştirak edən müəllim və şagirdlərə hədiyyə edib.

Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

 

Şərhlər bağlıdır.