2024-cü il sentyabrın 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri ilə görüşərək, onlara uğurlar arzulayıb. Bütün auditoriyalara ayrı-ayrılıqda daxil olan prorektor tələbələrə universitet haqqında ətraflı məlumat verib, təhsilin əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib, yeni tədris ilində görüləcək işlərdən, tətbiq olunacaq yeniliklərdən danışıb.
Ü.Zeynalov qeyd edib ki, yeni tədris ili universitetin həyatında xüsusi əhəmiyyət kəsb edir. O, tələbələrə müraciət edərək müasir dövrdə təhsilin rolunun getdikcə artdığını vurğulayıb və hər bir tələbənin öz potensialını maksimum səviyyədə reallaşdırmalı olduğunu bildirib. Prorektor universitetin əsas məqsədinin tələbələrə yüksək keyfiyyətli təhsil vermək olduğunu bir daha xatırladaraq, tələbələrin üzərinə düşən vəzifələrdən danışıb. O, tələbələrə universitet həyatında daha fəal olmağı, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün yaradılmış imkanlardan maksimum faydalanmağı tövsiyə edib. Universitetdə tələbələr üçün yaradılan şəraitdən və beynəlxalq layihələrə qatılmaq imkanlarından danışan Ü.Zeynalov tələbələrə akademik və sosial fəaliyyətdə fəal olmağa, komanda işində iştirak etməyə, həmçinin biliklərini yalnız universitetlə məhdudlaşdırmamağa tövsiyə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.