Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova universitetin əməkdaş olduğu Erasmus+ layihəsi çərçivəsində qarşılıqlı ikili saziş bağladığı Sloveniyanın Novo-Qoriça Universitetinə səfəri olub. İyunun 10-17-si tarixlərində Novo-Qoriça Universitetində keçirilən seminarın məqsədi tələbə-müəllim mübadiləsi çərçivəsində beynəlxalq əlaqələr sektorlarının rəhbərlərinin yeni layihələrin həyata keçirilməsi, müzakirəsi, doktorantura proqramının qəbul prosedurları, ingilis dilinin tədrisi üçün dərs vəsaitləri, tədris metodları müzakirə edilib. Seminar prosesində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Novo-Qoriça Universiteti Novo-Qoriça şəhərində yerləşir. Onun 2-ci tədris binası isə Vipava şəhərində yerləşir. Tədris korpusunun özəlliyi onun su üzərində yerləşməsidir. Sloveniya Adriatik dənizi sahilindəki dar bir lentdə Aralıq dənizi iqlimi ilə görüşür. İç seqmentlərdə isə iqlim yer iqlimdir. Xüsusilə şimaldakı dağlıq sahələrdə qış fəsli çox soyuq və qar yağmurlu keçər. İstilik və yağmur şərtlərinin uyğun olması səbəbi ilə ölkə torpaqlarının 57%-zi meşələrlə örtülü olmasındadır.
Slovenyanın böyük hissəsini Alp dağları ilə qapalı olub şərqində Macarıstan düzənliklərinin uzanması yer alır. Ölkənin ən yüksək zirvəsi – Triqlav dağıdır (2864 m). Slovenyanın ən əhəmiyyətli axar suları Avstriya Alplarından gələn Sova və Dravadır. Ölkənin orta hissəsi və şərqindəki düzənliklər bu axar sular tərəfindən sulanır.
Şərhlər bağlıdır.