Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU komandası voleybol üzrə şəhər çempionatının qalibi olub

13

2023-cü ilin 27-28 aprel tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib. ˝Heydər Əliyev İli˝ çərçivəsində keçirilən idman yarışı şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədi daşıyıb.

Çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi, Mingəçevir Peşə Məktəbi və 13 saylı tam orta məktəbin tələbə və şagird qızlardan ibarət komandaları mübarizə aparıb. MDU-nu təmsil edən voleybol komandası yarışın qalibi olub.

Qalib komanda üzvləri kubok və diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, Mingəçevirdə və MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.

Şərhlər bağlıdır.