Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU kollektivi Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib

101

2022-ci ilin 8 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları Zəfər Günü münasibətilə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.

MDU kollektivi ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhərəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.