Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU kollektivi Quba Soyqırımı Memorial Kompleksinə virtual səyahət edib

11

2023-cü ilin martın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların Soyıqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksinə virtual səyahət həyata keçirilib.

“ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən virtual səyahət zamanı universitetin bir qrup əməkdaşı, tələbə və magistrantı Kompleks ərazisi ilə tanış olublar, erməni vandallarının ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində törətdikləri soyqırımı aktları barədə ətraflı məlumatlandırılıblar. Bununla yanaşı, o dövrün hadisələrini əks etdirən müvafiq sənədlər və fotolar nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir.

Şərhlər bağlıdır.