Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da tələbələrin elmi-praktik seminarı keçirilib

2024-cü il noyabrın 25-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində Fizika və Kimya dərnəyinin təşkilatçlığı ilə “Həyatımız təbiət elmlərinin gözü ilə” mövzusunda tələbələrin elmi-praktik seminarı keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Xəyalə Hüseynzadə təşkil olunan seminarın tələbələrin elmi fəaliyyətə marağının artırılması işinə töhfə məqsədi daşıdığını bildirib və iştirakçılara uğurlar arzulayıblar.

Sonra X.Hüseynzadənin moderatorluğu ilə tələbələrin məruzələri dinlənilib. “Kimya müəllimliyi” ixtisasının K22 qrup tələbəsi Nigar Hüseynova “İki ixtirası ilə bəşəriyyətə və ətraf mühitə ziyan vuran alim- Tomas Micli”, “Kimya – biologiya” ixtisasının KM 24 qrup tələbəsi Leyla Mikayilova “Qan damar sisteminin quruluşu”, “Fizika müəllimliyi”ixtisası, F22 qrup tələbəsi Solmaz Rüstəmli “Təbiət hadisələrinin və texnoloji yeniliklərin atom fizikası ilə təsəvürü”, “Kimya müəllimliyi”ixtisası, K23 qrup tələbəsi Xədicə Əhmədova “Süni qidalardan istifadənin sosial-fəlsəfi məqamları”, “Fizika müəllimliyi” ixtisası, F23 qrup tələbəsi Şəmsiyyə Mustafayeva “Fizikanın tədrisində ekoloji məsələlər”  mövzularında məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra seminar tələbələrin təqdimatında bir sıra kimyəvi təcrübələrin nümayiş etdirilməsi ilə davam edib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.