Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da mediasiya barədə maarifləndirici görüş keçirilib

21

2023-cü ilin martın 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Mübahisələrin həllində mediasiyanın üstünlükləri” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.

Görüş iştirakçılarını salamlayan KİM-in mütəxəssisi İlhamə Məmmədova qonaqları təqdim edib və əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu bildirib.

Sonra, Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının rəhbəri İsmayıl İsmayılov, mediatorlar Nigar Hüseynzadə və Rəşad İsmayılov mediasiyanın mahiyyəti, mediasiyaya müraciət halları və qaydaları, mediasiyanın üstünlükləri və tərəflərin qarşılıqlı anlaşmasında yaratdığı imkanlar haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıblar.

Qarşılıqlı müzakirələrlə keçirilən görüş maraqla qarşılanıb.

Şərhlər bağlıdır.