Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Heydər Əliyev İli” çərçivəsində doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib

13

2023-cü il martın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Elm Günü”nə həsr olunan doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib. Seminar ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Seminarın açılışında MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin irsinin elmi əsaslarla öyrənilməsi və təbliğinin universitetdə diqqət mərkəzində saxlanıldığını qeyd edib. Seminarın önəmindən danışan professor  MDU-da gənc tədqiqatçıların müntəzəm olaraq Ulu Öndərin zəngin dövlətçilik ideyasına, çoxşaxəli idarəetmə təcrübəsi və yanaşmasının müxtəlif aspektlərinə həsr olunan elmi məruzələrlə çıxış etməsini təqdirəlayiq hal kimi dəyərləndirib və bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin universitetdə kadr hazırlığının keyfiyyətinin artırılması işinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib. MDU-nun akademik heyət üzvlərindən Ülviyyə Verdiyeva “Heydər Əliyev – uğurlu təhsil islahatlarının müəllifi”, Günel Kərimli “Heydər Əliyev – liderliyin parlaq nümunəsi”, Azər Hacıyev “Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafında misilsiz xidmətləri”, Gülnarə Qurbanova “Ümummilli liderin Azərbaycan dili siyasəti”, Şəlalə Quliyeva “Qafqazda sülh və əməkdaşlığın inkişafında Heydər Əliyevin xidmətləri” mövzusunda çıxış ediblər.

Daha sonra, universitet əməkdaşlarından Ceyran Vəliyeva “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, Aynur Namazova “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafında investisiyaların artan rolu”, Elvin Muradzadə “Heydər Əliyev və Azərbaycanda informasiya cəmiyyətinin inkişafı”, Gülmirə Məmmədova “Heydər Əliyev və Azərbaycanda ətraf mühitin mühafizəsi”, Müşfiq Hüseynov “Heydər Əliyev – Azərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığının inkişafı” və Xəyalə Hüseynzadə “Heydər Əliyev və Azərbaycanda nüvə tədqiqatlarının inkişafı” mövzusunda məruzələrini təqdim ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.