Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

172

2022-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.

İclası açan universitetin rektoru Şahin Bayramov “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulması meyarları haqqında” məsələni Elmi Şura üzvlərinin müzakirəsinə təqdim edib. Qeyd edilib ki, aparıcı universitetlərin müvafiq təcrübəsindən faydalanaraq mövcud qanunvericiliyin tələbləri çərçivəsində hazırlanan sənəd layihəsi seçkili vəzifələrin tutulmasında şəffaflığın və ədalətli rəqabətin təmin edilməsi prinsiplərinə əsaslanıb. Sözügedən sənədin universitetdə kadr potensialının gücləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə və elmi fəaliyyətin səmərəliliyinin artırılmasına töhfə verəcəyinə əminlik ifadə edilib.

Aparılan müzakirələrdən sonra “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulması meyarları” Elmi Şura üzvlərinin yekdil qərarı ilə qəbul edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.