25 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su ehtiyatlarının davamlı idarə olunması” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyətinin üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
MDU-nun Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibovanın moderatorluğu ilə keçən tədbirin açılışında universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev çıxış edərək, iştirakçıları rektor Anar Eminovun adından salamlayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarının davamlı idarə olunması üzrə Milli Strategiya”dan irəli gələn məsələlər barəsində məlumat verib, bununla bağlı ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb və tədbirin əhəmiyyətini qeyd edib,.
Açılış nitqindən sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun tələbələrindən Fatimə Məmmədova “Su ehtiyatlarının davamlı idarə olunması: reallıqlar və perspektivlər”, Gülgün İsrəfilova “Şirin su hövzələrinin qlobal problemləri”, Gülmirə Məmmədova “Su təsərrüfatı komplekslərinin əsas iştirakçıları” mövzularında təqdimatlar ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra “Su həyat mənbəyidir” adlı videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırlıb, fikir mübadiləsi aparılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.