MDU-da “Elm günü” münasibətilə İqtisadiyyat və idarəetmə fakültəsində “Elm ağılın çırağıdır” mövzusunda TEC-in konfransı keçirilib
Martın 15-də Mingəçevir Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Elm günü” münasibətilə “Elm ağılın çırağıdır” mövzusunda konfransı keçirilib.
Konfransı giriş sözü ilə rektor Akif Hacıyev açıb. Bildirib ki, elmin inkişafı cәmiyyәtdә intellektual potensialın formalaşmasının әsas mәnbәyi hesab olunur. Hesab edirəm ki, cәmiyyәtdә baş verәn hәr bir tәrәqqi әsasәn iki mәrhәlәdәn, birincisi, elmin inkişafı vә elmi nәticәlәrin istehsala tәtbiqindәn; ikincisi, insana kapital qoyuluşunun sәmәrәliliyindәn keçir. Yaşadığımız dövrdә elm demәk olar ki, bütün digәr fәaliyyәt sahәlәri üçün dә zәruri bir vasitәyә çevrilmişdir vә bu baxımdan onun tәsir dairәsi çox genişdir. Rektor qeyd edib ki, müasir dövrdә elm, bir tәrәfdәn mәdәniyyәt hadisәsidirsә, digәr tәrәfdәn iqtisadiyyatın tәrkib hissәsidir. Belә ki, yeni elmi biliklәrin әldә olunması istiqamәtindә axtarışların mütәşәkkil surәtdә hәyata keçirilmәsi vә alınan nәticәlәrdәn ölkәnin praktik ehtiyaclarının ödәnilmәsi üçün istifadә olunması iqtisadiyyatın inkişafına böyük tәkan verә bilәr.
Sonra məruzələr dinlənilib. MU16 saylı qrupun tələbəsi Məhəmməd Yaşar oğlu Kərimov “Elmi potensial – sosial-iqtisadi inkişafın amili kimi” mövzusunda” (Elmi rəhbər: i.f.d., dos. Nüşabə Astan qızı Qədimli), M17 saylı qrupun tələbəsi Çingiz Əziz oğlu Çingizzadə “Azərbaycan üçün yeni perspektiv – nağdsız iqtisadiyyat” (Elmi rəhbər: baş müəllim Günəş Musa oğlu Şəfaqətov), İ17.1 saylı qrupun tələbəsi Gülnaz Mirələm qızı Qarayeva “Azərbaycanın sosial siyasətinin inkişaf istiqamətlərinə dair” (Elmi rəhbər: i.e.d., prof. Veysəl Seyfəl oğlu Əyyubov), DB17 saylı qrupun tələbəsi Fatimə Məmmədağa qızı Rəhimova “SOHO – idarəetmə əməyinin təşkilinin yeni texnologiyası kimi” (Elmi rəhbər: baş müəllim Zaur Yusif oğlu Rəsulov), TO17 saylı qrupun tələbəsi Nəzmiyyə Tapdıq qızı İsmayılova “Quba-Xaçmaz iqtisadi rayonunun turizm potensialının qiymətləndirilməsi” (Elmi rəhbər: müəllim Cəlil Arif oğlu Bağırov), TO17 saylı qrupun tələbəsi Ləman Namiq qızı Mürsəlova “Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” (Elmi rəhbər: baş müəllim Nazim Fazil oğlu Niftəliyev) mövzularında məruzə ilə çıxış ediblər.
Tələbələrin aktual mövzu seçimləri, müstəqil, səlis çıxışları konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Sonda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxış edərək tələbələrə və onların rəhbərlərinə “Elm günü” münasibətilə təşkil olunan konfransda uğurlu və maraqlı çıxışlarına görə təşəkkür edib və fəaliyyətlərində uğurlar diləyib.
Qeyd edək ki, konfransın işində universitetin elmi işlər üzrə prorektoru, prof. Veysəl Əyyubov, elmi katib, dos. Kəmalə Eyyubova, fakültə dekanı, dos. Nüşabə Qədinli, kafedra müdirləri, universitet TEC-in sədri, professor-müəllim və tələbələr iştirak edib.
Şərhlər bağlıdır.