Maşın yoxuşa düşsə də xoşbəxtlikdən sürücü sağ qalıb
Hadisə Mingəçevir şəhərində baş verib. Şəhərin Heydər Əliyev prospekti ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət edən “Mersedes-E230” markalı 09 BJ 440 dövtət –qeydiyyatı nömrə nişanlı avtomobil 10-cu Bağ küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törədib. Sürücü Rauf Qabil oğlu Kərimov idarəetməni itirərək, öncə metal işıqlanma dirəyinə, ardınca ətrafdakı ağaclara çırpılıb və yoxuşa düşüb. Dirək aşıb, yaşıllıqlar sıradan çıxıb. Möcüzə nəticəsində sürücü yüngül xəsarətlə qurtulub. Durumu hazırda normaldır.
Bu barədə Mingəçevir Polis şöbəsinin DYP bölməsinin yolnəqliyyat hadisələri üzrə inspektoru Mahir Orucov məlumat verib. Onun dediyinə görə, hadisə ilə bağlı və şəhər təsərrüfatına dəyən ziyan barədə araşdırma aparılır.
Şərhlər bağlıdır.