Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Makroiqtisadiyyat” fənnindən “Ustad dərs”i

MDU-nun İqtisadiyyat kafedrasının Fəaliyyət Planına uyğun olaraq 16 aprel 2024-cü il tarixdə kafedranın baş müəllimi Günəş Şəfaqətov tərəfindən “Makroiqtisadiyyat” fənnindən İ22.1-2; MU22 qruplarında “Makroitisadi qeyri-sabitlik və inflyasiya” mövzusunda “Ustad dərs” təşkil edilmişdir. Dərsdə həmçinin “İqtisadiyyat və idarəetmə” fakultəsinin dekanı, “İqtisadiyyat” və “Sənayenin təşkili və idarəetmə” kafedralarının professor-müəllim heyəti və magistrantları iştirakı etmişdir. Dərsdə inflyasiya prosesinin mahiyyətinin, məzmununun, sosial-iqtisadi nəticələrinin və ona qarşı tədbirlərin öyrənilməsinin aktuallığı dinləyicilərin nəzərinə çatdrılaraq inflyasiyanın səbəbləri, sosial-iqtisadi nəticələri və onun tənzimlənməsinin mühüm cəhətləri və elementlərinə xüsusi diqqət yetirilmişdir. ARDSK-nin rəsmi məlumatları əsasında əhali gəlirləri ilə inflyasiya arasındakı koreliyasiya əlaqəsi təhlil edilmişdir ki, iştirakçıların marağına səbəb olmuşdur.

Baş müəllim G.Şəfaqətov daha sonra inflyasiyanın mahiyyətinin geniş izahına başlayaraq bildirdi ki, iqtisadi inkişaf üçün böyük təhlükə hesab edilən inflyasiyanın iqtisadi və sosial təsirləri çoxspektirlidir. İnflyasiya sürəti yüksəldikcə istehsalın mütəşəkkilliyi üçün təhlükəli maneyəyə çevrilir, ictimai inkişafda sosial və iqtisadi vəziyyəti pisləşdirir, istehsalın yönümünü dəyişdirir, ona ciddi zərbə vurur, iqtisadi siyasətin gerçəkləşdirilməsini mürəkkəbləşdirir. Qiymətlərin qeyri-tarazlı yüksəlişi iqtisadiyyatın bölmələri arasında disproporsiyanı şiddətləndirir, istehlak tələbinin quruluşunu dəyişdirir və daxili bazarda nemətlərin tədavülü çətinliklərini gücləndirir. İnflyasiyanın yüksək sürəti tələbi elə ciddi mərhələyə qaldırır ki, bu halda o, təkliflə təmin oluna bilməz, nemət qıtlığı (defisiti) isə, öz növbəsində, pul toplanmasına olan marağı məhdudlaşdırır, əhalinin yığımını dəyərsizləşdirir. İnflyasiya insanların üzərinə yığılan spesfik vergidir ki, bu da, gəlirlərin artım sürətinin qiymətlərin artım sürətinə nisbətən ləngiməsini sürətləndirir. Ona görə də sürətli artan inflyasiyanın buxovlanması, idarə olunması hər bir ölkədə hakimiyyətin, Mərkəzi Bankın vəzifəsi sayılır.

Yüksək inflyasiya bir sıra dağıdıcı nəticələrə malikdir. Birinci növbədə, sürətli inflyasiya əhalinin qazanc və qənaətlərini qiymətdən salır. Eyni zamanda, cilovlanmayan inflyasiya iqtisadiyyatda anlaşılmamazlıqlar formalaşdıraraq, imkanlı sərmayədarları sərmayə qoyuluşundan çəkindirir.

Maraqla dilənilən mühazirənin sonunda tələbələri və qonaq qismində iştirak edən iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

Şərhlər bağlıdır.