Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mafiadan gizlənən cazmenlər və Merilin Monro – 60 il keçdi

“Bəziləri qaynar sevir” (“Some Like it Hot”) və ya geniş auditoriyaya “Cazda yalnız qızlardır” adı ilə tanınan məşhur Hollivud komediyasının böyük ekranlara çıxdığı gündən 60 il ötür.

Mafia “başkəsən”lərindən gizlənmək üçün qadın cildinə girən iki cazmenin sərgüzəştərindən bəhs edən komediya dünya kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən hesab olunur.

Rejissor Billi Uaylderin çəkdiyi filmdə baş rolları Toni Körtis, Cek Lemmon və Merilin Monro ifa edib.

Çəkilişlər 1958-ci ildən 4 avqust-6 noyabr tarixlərində həyata keçirilib. Ekran əsəri böyük ekranlara növbəti il martın 29-da yol tapıb. Film “Oskar” mükafatı və üç “Qızıl qlobus” mükafatı qazanıb və ABŞ kino tarixində çəkilmiş ən yaxşı komediya elan edilib.

Filmdəki I Wanna Be Loved by You mahnısı indiyə kimi populyarlığını qoruyub saxlayıb, baş qəhrəmanları mizah dolu ifadələri isə ABŞ-da dillər əzbəri olub.

Источник: oxu.az

Şərhlər bağlıdır.