Məsuliyyətsiz sürücülərə qarşı mübarizə tədbirləri gücləndirilir
Mayın 8-də Mingəçevirdə sərnişin daşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd keçirilib. Reyd 1 saata yaxın davam edib. Mingəçevir şəhər DYP bölməsinin rəisi, polis polkovnik-leytenantı Bəlyar Bəşirli müxbirimizə bildirib ki, reyd ərzində nasaz vəziyyətdə 8 saylı marşurut avtobusunu idarə etdiyinə görə 2 nəfər, müvafiq sürücülük kateqoriyası olmadığına görə 1 nəfər, təhlükəsiz kəmərindən istifadə etmədiyinə görə 10 nəfər saxlanılıb: “Onların barəsində inzibati protokollar tərtib edilib. Yeri gəlmişkən, ötən gün bu cür məsuliyyətsiz sürücülərin ucbatından 4 nəfər sərnişinin xəsarət alıb. Bu gün də şəhərdə belə sürücülər var. Məqsədimiz onları üzə çıxarıb, məsuliyyətə cəlb etməkdir”.
Bölmə rəisinin ciddi xəbərdarlığından sonra sərnişindaşımada yarassız hesab edilən avtobuslar xəttdən kənarlaşdırılıb.
Şərhlər bağlıdır.