Hadisə şəhərin Samux küçəsindəki 17 saylı ünvanda, Sürücülük məktəbinin binasında enerji qapanması səbəbindən baş verib. Orada 25 ildir ki, 20 köçkün ailəsi məskunlaşıb.
Köçkün Vidadi Vəliyevin bildirdiyinə görə, səhər saatlarında işıq sayğaclarının yandığının şahidi olub: “Nə qədər çalışdımsa, söndürə bilmədim. Məcbur olub su tökdük…”
Yanğın zamanı yaranan tüstü 10 nəfərin səhhətində problemlər yaradıb. Bir neçə nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi Mingəçevir şəhər yanğından mühafizə hissəsinin əməkdaşları alovun qarşısını alıblar.
Şərhlər bağlıdır.