Sentyabrın 5-də Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təhsil işçiləri üçün sentyabr konfransı təşkil edilib. Konfransda Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin müxtəlif rayonların məktəb direktorları, müəllimlər və rəsmi qonaqlar iştirak ediblər.
Tədbir əvvəlində, qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonrasında isə şagirdlərin hazırladığı rəsm və əl işləri sərgisi ilə tanış olublar.
Konfransda çıxış edən Elnur Nəsibov, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan və son dövrlərdə əldə edilən uğurlardan bəhs edib. O, həmçinin Qarabağ və ölkənin digər bölgələrində təhsil müəssisələrində aparılan təmir və yenidənqurma işlərindən danışıb.
Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov isə 15 Sentyabr – Bilik Günü münasibəti ilə konfrans iştirakçılarını təbrik edərək, təhsil sahəsindəki yeniliklərə toxunub.
Fuad Qarayev, Mərkəzi Aran Regionunda şagirdlərin fənnlər üzrə göstəriciləri, dövlət tərəfindən maliyyələşdirilən təhsil müsabiqələri və beynəlxalq arenada qazanılan uğurlar haqqında məlumat verib. O, həmçinin təhsillə bağlı əhəmiyyətli statistik məlumatlar və maraqlı faktlar bölüşüb.
Son olaraq, Elçin Kərimov idarənin fəaliyyəti və Yaşıl Dünya layihəsi çərçivəsində görülmüş işlər haqqında hesabat verib. O, idarəsinin tabeliyində olan rayonlarda aparılan təmir və tikinti işlərindən söz açaraq, gələcək planlarını paylaşıb və bütün konfrans iştirakçılarına minnətdarlığını ifadə edərək uğurlar arzulayıb.
Şərhlər bağlıdır.