Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Məktəbli biotexnoloqlar” layihəsinin icrası yekunlaşıb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalibi olan “Məktəbli biotexnoloqlar” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Goranboy rayonu Məşədiqaralar kənd tam orta məktəbinin müəllimi, layihə rəhbəri Elmira Qurbanova tədbir iştirakçılarını salamlayaraq, layihənin gedişatı haqqında məlumat verib. Elmira Qurbanova bildirib ki, məqsədimiz biologiya ilə texnologiyanın bir çox sahələrini inteqrasiya edərək biotexnologiya elmi üzrə şagirdlərin biliklərini artırmaq və bu biliklərdən istifadə edərək onları praktiki tədqiqatlara cəlb etməkdir.

Tədbirdə iştirak edən layihənin eksperti Etiram Sadıqzadə bu kimi layihələrin vacibliyini qeyd edib, bildirib ki, son vaxtlarda şagirdlərin texnologiyalardan ziyanlı istifadəsi onları elm və texnologiyanın vəhdətindən uzaqlaşdırıb, bu kimi layihələr isə onları praktiki fəaliyyətlərə cəlb edir, şagirdlərə təcrübə qazandırır.

Qeyd edək ki, “Məktəbli biotexnoloqlar” layihəsinin icrası zamanı 30 nəfər şagirdə hər biri 2 saat davam edən və biotexnologiya sahəsinə aid 6 təlim keçirilib. Təlimlərdə aktiv iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib.

Şərhlər bağlıdır.