Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” adlı layihənin müsahibə mərhələsi keçirilib

Elm və Təsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant” müsabiqəsinin qalibi olan layihənin Xaldan kənd kompleks tam orta məktəbində müsahibə mərhələsi keçirilib.

Müsahibə zamanı layihənin əsas məqsədinin, Xaldan kənd kompleks tam orta məktəbinin, təsərrüfat üçün yararlı geniş torpaq sahəsində istixanın yaradılması olduğu diqqətə çatdırılıb.

Qeydiyyatdan keçmiş valideyn, şagird və müəllimlərlə keçirilən görüşdə  onlardan 10 nəfər valideyn, 8-9-cu sinif şagirdlərindən ibarət  20 nəfər şagird və 3 müəllim (ixtisas- Biologiya, Texnologiya, Riyaziyyat) iştirakçı hüququna malik olub.

Müəllim, şagird və valideynlərdən təşkil olunmuş işçi qrupu yaradılaraq layihəyə cəlb olunub. Sözügedən layihənin Xaldan kompleks məktəbi ilə yanaşı Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyət göstərən digər məktəblər üçün də faydalı olacağı bildirilib.

Sonra sözügedən layihənin rəhbəri Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib.

Şərhlər bağlıdır.