Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məktəb İctimai Şuraları təhsilə və valideynə dəstək göstərə bilər

“Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsi hansı problemlərə və çıxış yollarınına işıq saldı?

“Mingəçevir Valideynlər Assosiasiyası” ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində 2022-ci ilin fevral-may aylarında  “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirib. Layihə çərçivəsində  4 məktəbin qarşısında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə sorğu aparılıb. məktəblər üçün Nümunəvi Nizamnamə və Fəaliyyət Planı, İctimai Şuranın Əsasnamə layihəsi hazırlanıb, valideynlər, həm də məktəblərin müəllim və rəhbərləri ilə müzakirələr aparılıb.  Müzakirələr məktəb direktorları, aktiv valideynlər və Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyətinin, həm də dövlət qurumlar nümayəndələrinin  iştirakilə davam etdirilib. Nəticədə 4 məktəb yanıda İctimai Şura yaradılıb.

Layihənin nəticələri əsasında təhsili məktəbə qaytarmaq, məktəb-ailə münasibətlərini sağlamlaşdırmaq üçün tövsiyələr hazırlanıb və dövlət qurumlarına göndərilib.

Təhsilin idarə olunmasında valideyn iştirakçılığı barədə layihənin yekun hesabatı ilə ətraflı tanış ola bilərsiniz. 

 

[wp-embedder-pack width=”100%” height=”400px” download=”all” download-text=”” attachment_id=”32612″ /]

Şərhlər bağlıdır.