Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” layihəsi uğurla yekunlaşdırılıb.

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant” müsabiqəsinin qalibi olan “Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” layihəsi uğurla yekunlaşdırılıb.

Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin eksperti Aynur Quliyeva, layihəyə cəlb olunan təhsilalanlar, təhsilverənlər, valideynlərlə yanaşı Yevlax şəhər təhsil sektorunun nümaiyəndəsi də bağlanış tədbirində  iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xaldan kənd kompleks tam orta məktəbin direktoru, layihə rəhbəri Günel Yusifzadə 7 ay davam edən layihənin sonunda istədikləri nəticəni əldə etdiklərini bildirib. Layihə ərzində keçirilən təlimlərin şagirdlərin ekoloji istiqamətdə maarifləndirilməsi ilə yanaşı, sahibkar olaraq praktik bacarıqlarının da inkişaf etdirdiyini vurğulayıb. Layihə çərçivəsində yaradılan istixanada hər il müxtəlif bitkilərin yetişdiriləcəyindən danışan G. Yusifzadə, bu fəaliyyətin məktəbdə uzun illər davam etdiriləcəyini qeyd edib.

Layihənin sağlam qidalanma ilə biləvasitə əlaqəsindən danışan “Abral Academy” təhsil mərkəzinin layihələr üzrə koordinatoru Aynur Quliyeva, sözügedən layihənin Xaldan kənd kompeks tam orta məktəbi ilə yanaşı digər məktəblər üçün də faydalılığından bəhs edib. İştirakçıların layihə ərzində həm nəzəri, həm praktiki olaraq maarifləndirilməsi ilə yanaşı, şagirdlərin əməyə, zəhmətə öyrənməsinin onların gələcək həyat fəaliyyətləri üçün önəmli olduğunu vurğulayıb.

Layihədə iştirak edən valideynlər, müəllimlər və şagirdlər layihə çərçivəsində görülən işlərin faydalılığından danışıblar. Kompeks məktəb olaraq bu fəaliyyətin daimi olaraq davam etdirilməsi üçün, istixanada əmək fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

Sonda İstixanada yetişdirilən bitkilər becərilərək, layihə çərçivəsində əməkdaşlıq qurulan digər məktəblərə də göndərilib. İştirakçılar sertfikatlarla təltif olunublar.

Qeyd edək ki, sözügedən layihə Mərkəzi Aran Regional Təhsil idarəsinin (MARTİ) tabeliyində olan, Yevlax şəhər Təhsil sektorunun nəznində fəaliyyət göstərən Xaldan kənd kompleks tam orta məktəbdə 7 ay ərzində icra olunub.

#AzərbaycanRespublikasıElmvəTəhsilNazirliyi

#TəhsildəİnkişafvəİnnovasiyalarÜzrəQrantMüsabiqə

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.