Noyabrın 22-də Mərkəzi Aran Regiona Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov idarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin müdirləri və digər əməkdaşları ilə görüşüb. Görüş idarənin inzibati binasında keçirilib. Görüşdə idarənin struktur bölmə rəhbərləri, yerli təhsil sektorlarlarının müdirləri və dövlət qulluqçuları iştirak edib. Görüş zamanı Cavad müəllim bir sıra məqamlardan söz açıb. Məktəbəqədər təhsil müəssisələrinin işinin düzgün təşkil olunması və idarəçiliyin düzgün qurulmasıyla bağlı öz tapşırıqlarını verən müdir müavini müəssisə rəhbərlərinin suallarını və təkliflərini dinləyib.
Daha sonra idarənin struktur bölmə rəhbərləri öz fikirlərini bildirib. Görüşdə iştirak edən müəssisə rəhbərlərinin və əməkdaşların bütün sualları cavablandırılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.