Əlilliyi olan 20 qadına və 40 uşağa ərzaq bağlamaları və geyim əşyaları təqdim olunub
Əlil Qadınlar Cəmiyyətinin İctimai Birliyinin Mingəçevirdəki günərzi qayğı və icma əsaslı rebilitasiya mərkəzi 3 dekabr əlillər günü münasibəti ilə tədbir keçirib. Cəmiyyətin Mingəçevir şəhər şöbəsinin sədri Adilə Cəlilova bildirib ki, mərkəzdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün sosial xidmətlər göstərilir: “Uşağını təkbaşına böyüdən ailələrin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı ailələrin sosial yardım təyin edilmiş uşaqları mərkəzə cəlb edilib. Hazırda burada 30-dək uşağın yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanması, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtlarının maraqlı keçməsi üçün mütəmadi ekskursiyalar, müxtəlif gəzintilər təşkil edilir. Burada pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərir”
Əlillər günü münasibəi ilə mərkəzə şəhərin müxəlif sahibkar mağazaları tərəfindən yardımlar olunub. Əlilliyi olan 20 qadına və 40 uşağa ərzaq bağlamaları və geyim əşyaları təqdim olunub.
Mərkəzin sədr müavini ikinci qrup əlil Vüsalə Qurbanova da onlara dəstək olan insanlara təşəkkürünü bildirib.
Şərhlər bağlıdır.