Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi, “Leqoların müasir texnologiyalarda tətbiqi” adlı layihəsi uğurla icra olunub. Layihənin əsas məqsədi layihənin mahiyyəti-şagirdlərin bilik və bacarıqlarını artırmaq, yaradıcı mühiti formalaşdırmaq və yeni texnologiyaları öyrətməkdir. Layihə şagirdlərə təkcə nəzəri biliklərə yox həm də elmi praktiki biliklərə nail olmasıdır . Çünki dünya elmi inkişaf etdikcə müasir texnologiya da inkişaf etməkdədir. Biz şagirdlərimizin yüksək elmi naliyyətlər əldə etmələrini istəyiriksə elmin tətbiq sahəsinə önəm verməliyik. Müasir dünya nəzəri biliklərlə yanaşı, bu biliklərin yüksək texnologiyaya tətbiqinə böyük önəm verməkdədir. Şagirdlərin bu prossesə cəlb olunması gələcəkdə yüksək beyinlərin və kadrların yaranmasına səbəb olacaq.
Layihənin icrası zamanı Mingəçevir şəhər məktəblilərə 4 təlim keçirildi. 32 nəfər şagirdə 4 gün müddətində aşağıdakı mövzularda
• Şagirdlərə leqo haqqında ümumi məlumat
• Leqo biliklərinin öyrənilməsi şagirdlərin gələcək həyatında rolu
• Leqo konstruksiyalarından müxtəlif formalı və ölçülü cisimlərin yığılması
• Leqoların müasir texnologiyada yeri və tətbiqi
təlimlər keçirilib.
Təlimlərdən sonra şagirdlər arasında leqo yarışı keçirildi. Yarış həm fərdi həm komanda şəklində keçirilib.
Sonda layihənin bağlanış mərasimi keçirildi. Bağlanış mərasimində liseyin direktoru Aidə İsmayılova, layihə rəhbəri Alim Məmmədov, layihə eksperti Etiram Sadıqzadə iştirak edib.
İştirakçılara layihə boyu keçirilən təlimlərlə bağlı ətraflı məlumat verildi, fikir mübadiləsi aparıldı, şagirdlərin fikirləri dinlənildi və sonda layihənin təlimlərində iştirak edən bütün iştirakçılara sertifikatlar təqdim olunub. .

Şərhlər bağlıdır.