Layihə təşəbbüsünün benefisiarları Peşə Məktəbində
Ekskursiya “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan qadınlar üçün təşkil olunub
2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Məqsəd Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analara dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasına yardım göstərməkdir. Təşəbbüs çərçivəsində psixoloji, hüquqi və iqtisadi, ardınca peşə təlimlərinə cəlb edilən qadınlar Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində də olublar. Ekskursiya “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan qadınlar üçün təşkil edilib.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi MMC tərəfindən həyata keçirilir.
Şərhlər bağlıdır.