Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində təmizlik aksiyası
1860 m2 sahədə pərakəndə səpələnən 600 kq çəkidə tullantı, xüsusilə də plastik, şüşə qab və polietilen torbalar çeşidlənərək, xüsusi olaraq ayrılmış yük maşınlarına yığılıb, aidiyyəti üzrə şəhər poliqonuna daşınıb
Mingəçevirdə, Kür çayının sahilində təmizlik aksiyası keçirilib. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı, yerli qurumların tərəfdaşlığı, o cümlədən Mingəçevir Şəhər Yaşillaşdirma və Sanitar-Təmizlik İdarəsi və Mingəçevir Kommunal Təsərrüfat İstehsalat Birliyi əməkdaşlarının iştirakı ilə “Təmiz Ölkəm” aksiyası çərçivəsində tədbir Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində baş tutub. Tədbir zamanı çayın 800 metr sahili boyu ərazisində tədbir iştirakçıları tərəfindən 1860 m2 sahədə pərakəndə səpələnən 600 kq çəkidə tullantı, xüsusilə də plastik, şüşə qab və polietilen torbalar çeşidlənərək, xüsusi olaraq ayrılmış yük maşınlarına yığılıb, aidiyyəti üzrə şəhər poliqonuna daşınıb. İştirakçılar, həmçinin ictimaiyyət nümayəndələri arasında məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılıb.
Aksiyaya Respublika Ekoloji Eksperiza Agentliyinin sədri Mirsalam Qənbərov da qatılıb. O, bildirib ki, aksiyanın əsas məqsədi ətraf mühitin ekoloji təmizliyinin qorunmasında ictimaiyyətin çox önəmli rolu ola biləcəyinə hər kəsin diqqətini yönəltməkdir.
Şərhlər bağlıdır.