Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Köçkünlər mina təhlükəsi barədə məlumatlandırılıb

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində mina təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilib

37

1 – 4 avqust 2023-cü il ərzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“Ümid” SİD İB) icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 6 hədəf icmada mina təhlükəsi mövzusunda 6 maarifləndirici təlim keçirilib. Təlimlərin keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə aşkarlana biləcək minalar və digər partlamamış hərbi sursatlar, onlarla davranış qaydaları, təhlükəsizlik tədbirləri, bununla əlaqədar müraciət olunacaq aidiyyəti dövlət qurumları barədə məcburi köçkün icmalarının üzvlərini məlumatlandırmaqdır.

Təlimləri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” layihəsinin Regional koordinatorunun rəhbərliyi ilə təlimçilər komandası aparıb.

Təlimlərdə iştirakçılara (188 nəfər: 61 qadın, 127 kişi) minalar və partlamamış hərbi sursatlar, onlardan qorunma yolları, təhlükəli ərazilər, xəbər vermə ünvanları və s. barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, mövzuya aid baş vermis hadisələrin nümunəsində misallar səsləndirilib.

Cari ilin fevral ayından icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.

Şərhlər bağlıdır.