Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Karyera üçün ilk addım” layihəsi həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə ünsiyyət bacarıqları, liderlik və komanda ilə iş, bədən dili, auditoriya qarşısında çıxış, müsahibədə nitq və digər yumşaq bacarıqların, layihələrlə işin öyrədilməsi üçün təlimlər keçilib.

“İşıqlıGələcək” Gənclərİctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan yeniyetmə və gənclərin yumşaq bacarıqlar əldə etmələrinə təkan verməkdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.

 

Şərhlər bağlıdır.