Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kardioloji cihazların ölümcül təhlükəsi aşkarlandı

75

Tibbi avadanlıqların istehsalı üzrə ixtisaslaşmış iri şirkətlərdən biri – “Medtronic” əksər reanimasiya cihazlarının virtual hücumlara həssas olduğunu və bu baxımdan pasiyentin həyatı üçün potensial təhlükəli olduğunu etiraf edib.

Bu haqda ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin tabeliyində olan agentlik məlumat yayıb.

Qurumun məlumatına görə, şirkətin cihazlarında şifrələnməmiş rabitə protokolundan istifadə olunur. Ona görə də hakerlər bundan istifadə edib, cihazdakı quraşdırmaları dəyişə, beləcə pasiyentin həyatına ciddi risk yarada bilər.

Ümumilikdə şirkətin istehsal etdiyi 20 model təhlükəli cihazların siyahısına düşüb.

Источник: oxu.az

Şərhlər bağlıdır.