Cəmiyyət

Karantin günlərində də seçildik: Qalib yerin 2-sinə “Mingəçevir işıqları” sahib oldu

BMT-nin genderə həssas Dayanıqlı İnkişaf Məqsədləri, onların hədəf və indikatorlarına dair KİV nümayəndələri arasında keçirilən məqalə müsabiqəsində Yeganə Nəbiyeva və Lalə Səmədova mükafat qazandı

  • Bir müddətdir ki, Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə  həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir. Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda (Mingəçevir, Şirvan, Quba- Xaçmaz) fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələri arasında məqalə müsabiqəsi də təşkil olunub. Yerli mediada yayımlanan yazılarda  genderə-həssas Dayanıqlı İnkişaf Məqsədləri, onların hədəf və indikatorları, habələ cəmiyyətdəki gender problemləri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi qarşıya qoyulub.

Müsabiqədə mi-news.az səhifəsində dərc olunan məqalələrinə görə “Mingəçevir işıqları” qəzetinin redaktoru Yeganə Nəbiyeva (“Stereotiplər insanların həyatına əngəl törədir”) və qəzetin sərbəst əməkdaşı Lalə Səmədova (“İşdə kişi daha çox faydalıdır, yoxsa qadın?”) qalib olub. Məlumat üçün bildirək ki, bir çox beynəlxalq müsabiqələrdə dəfələrlə qalib olan Yeganə xanım 1999-cu ildən mətbuatda çalışır. Mingəçevir Dövlət Universitetində təhsil alan Lalə Səmədova isə “Tələbə qızlar üçün xəbər dünyası” layihəsində iştirak edən 10 xanımdan biridir və yenicə jurnalist fəaliyyətinə başlayıb.Onların hər birinə sertifikat və 350 AZN mükafat verilib.

Daha çox

Oxşar yazılar

Close