İqtisadiyyat

Kapital Bankın Mingəçevir filialı bu gündən yeni ünvanda

Filialın müdiri Elşən Qasımovun dediyinə görə, köhnə binada müştəri məmnunluğunu yarada biləcək şərait yox idi

Kapital Bank-ın Mingəçevir filialı iyulun 20-dən yeni ünvanda qərarlaşıb. Pandemiya ilə əlaqədar iş vaxtı qısaldılsa da (10-dan 14-dək fiziki, 10-dan 15-dək hüquqi şəxslərə),  bank əsasən səhər saat 10:00-dan 17:00-dək müştərilərə xidmət göstərir. Burada kompensasiya ödəmələri, müavinət ve kreditlər, birkart, depozit rəsmiləşdirmələri həyata keçirilir. 24 saat fəaliyyət göstərən ATM və Cash-in ödəniş terminalı da müştərilərin istifadəsindədir.

Filialın müdiri Elşən Qasımovun dediyinə görə, köhnə binada müştəri məmnunluğunu yarada biləcək şərait yox idi: “Binanın ümumi sahəsi böyük olsa da, işlək sahəsi kiçik idi, çoxlu yükgötürən arakəsmə divarlar vardı, onları sökmək, müştəri zalını böyütmək mümkün deyildi. Nəticədə sıxlıq yaranmışdı”.

Filial müdiri onu da əlavə edib ki, Heydər Əliyev prospektindəki 5 saylı ünvana, Tarix Diyarşünaslıq Muzeyinin əvvəlki yerinə köçmələri vəziyyəti dəyişib: “İstifadəmizə 500 kv metr sahə ayrılıb. Onun da 300 kv metri müştərilərə birbaşa xidmət sahəsi üçündür. Burada eyni vaxtda 10 müştəriyə xidmət etmək imkanımız var. Eyni zamanda zalda adamların əyləşib növbə gözləmələri üçün də yaxşı şərait mövcuddur. Doğrudur, pandemiya ilə əlaqədar içəriyə az sayda müştəri buraxılır, lakin düşünürəm ki, bu da müvəqqətidir. Əsas odur ki, indiki yerimiz şəhərin mərkəzində, yolun üstündədir, gəlib-getmək əksəriyyət üçün əlçatandır.  Burada normal soyutma və isitmə sistemləri quraşdırılıb. Binanın üstü ikiqat izolyasiya olunub ki, bu da yağış və digər təsirlərdən tam qorunmaya imkan yaradır”.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close