İstedadlı uşaqlar üçün məntiq yarışı
Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olan Mingəçevir şəhər N. Gəncəvi adına 8 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən İstedadlı uşaqlar üçün “Yay Məktəbi” layihəsi çərçivəsində şagirdlər arasında keçirilən məntiq yarışının ikinci mərhələsi baş tutub.
Təlimin növbəti günü şagirdlər riyazi təfəkkürü ilə yanaşı, sürətli düşünmə və cavab vermə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə şifahi məntiqi tapşırıqlar yerinə yetirib. İki turda keçən yarış zamanı şagirdlərə riyaziyyat və məntiqi inkişafa əsaslanan təfəkkür, gündəlik həyatda istifadə olunan riyaziyyat mövzulu sual və məntiqi testlər səsləndirilib. Fərdi və qrup şəklində yarışan iştirakçılar müxtəlif mövzular üzrə sualları ən qısa zamanda cavablandırmaqla, hesablama və qavrama bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb.
Sonda şagirdlərin zehni yorğunluğunu aradan qaldırmaq məqsədilə məntiqi təfəkkürü inkişaf etdirən, baza biliklərini möhkəmləndirən əyləncəli oyunlar təşkil olunub.
Şərhlər bağlıdır.