Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olan “İşıqlı Gə-ləcək” Gənclər İctimai Birliyi “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsini uğurla başa çatdırıb. Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən layihə biznes təlimləri ilə başlayıb. İştirakçılara biznes ideyasının biznes plan formasında təqdim edilməsi, SWOT analiz mahiyyəti və təhlilin aparılma meyarları izah olunub. İştirakçılar komandalara bölünərək qrup tapşırıqları yerinə yetirib.
İki mərhələ üzrə keçirilən layihə təlimlərinin I mərhələsində 42, ikinci mərhələsində isə 28 gənc iştirak edib. Təlim zamanı onlara marketinq planın hazırlanması və tətbiqi, 4P metodu, bazar araşdırılmasının mərhələləri və digər məsələlər öyrədilib. Layihə zamanı fəallığı ilə seçilən gənclər sertifikatla təltif edilib.
Şərhlər bağlıdır.