Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yevlax, Mingəçevir və Goranboyda işaxtaranların nəzərinə!

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinə işçilər tələb olunur

332

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinə aşağıdakı vəzifələr üzrə işçilər  tələb olunur:

1.İcma səfərbərçisi

2.Usta Yanında Şagird Hazırlığı üzrə mütəxəssis

Ümumi TƏLƏBLƏR

  • İxtisasa uyğun  ali  təhsil;
  • Kompyuter bacarıqları (Office proqramları – Word, Excel, PowerPoint, Microsoft Teams);
  • Ünsiyyət və özünü təqdimetmə bacarıqları,
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın  üzvü olmaq imkanı;
  • İcmalarla iş təcrübəsi və hədəf rayonlardan (Yevlax, Mingəçevir və Goranboy) olanlara üstünlük verilir;

Əsas öhdəliklər

  • İcma səfərbərçisi üçün:
  • Hədəf ərazidə məcburi köçkün icmalarının araşdırılması, sorğuların aparılması, sorğu nəticələrinin təhlili və məlumat bazasının yaradılması, icma tədbirlərinin təşkili;
  • Hədəf icmaların seçimi üçün Layihə İdarəetmə və Qiymətləndirmə Komitəsinin (LİQK) iclasının təşkili;
  • Hədəf icmalrda İcma İnkişaf Şuralarının (İİŞ) formalaşdırılması;
  • İİŞ üzvlərinin bacarıqlarının artırılması üçün təlim, dəyirmi masa və s. tədbirlərin təşkili,  iştirakçıların tədbirlərə cəlb edilməsi;
  • Hədəf ərazidə xidmət sahələrinin araşdırılması və xəritələşdirilməsi;
  • İcma pasportlarının (məlumatlarının), İcma Əsasnamələrinin və s. icma sənədlərinin hazırlanmasında İİŞ-yə dəstək vermək;
  • İcmada ehtiyacların müəyyənləşdirilməsi, təhlili və ilkin layihə təkliflərinin hazırlanması prosesinə fasilitatorluq etmək;
  • İcmada həyata keçiriləcək mikrolayihələrin icrasına nəzarət və açılış tədbirlərinin təşkili;
  • Hədəf icmalarda  icma Mərkəzlərinin yaradılmasına dəstək;
  • Layihə fəaliyyətlərinin sənədləşdirilməsi;

 

  • Usta Yanında Şagird Hazırlığı üzrə mütəxəssis üçün:
  • Hədəf icmalarda İİŞ və icma  görüşlərinin təşkili, layihə və UYŞH üzrə peşə kursları barədə məlumatların verilməsi;
  • Hər bir hədəf icmada UYŞH üzrə əlaqələndirici şəxsin müəyyənləşdirilməsi;
  • Hədəf ərazidə peşə və xidmət sahələrinin araşdırılması,  sorğuların aparılması, təhlili və məlumat bazasının yaradılması;
  • Hədəf icmalarda peşə hazırlıq kurslarına müracət etmiş gənclər və onların valideynləri ilə görüşlərin təşkili;
  • Peşə hazırlıq kurslarına müracət etmiş gənclərlə fərdi müsahibələrin  aparılması, təhlili;
  • Peşə hazırlıq kursuna cəlb edilməsi üçün gənclərin seçim komitəsinin iclasının təşkili, seçim prosesinin təşkili, yekun seçimin aparılması;
  • Seçilmiş gənclərin müraciətinə uyğun peşə sahələrinin araşdırılması və ustaların seçimi;
  • Peşə sahələri üzrə tədris və icra planlarının ustalarla birgə hazırlanması;
  • Peşə sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi,  sahələrdə material və ləvazimatlardan istifadəyə nəzarət, ustaların işinin və müdavimlərin davamiyyətinin həftəlik monitorinqi;
  • Peşə kurslarına cəlb edilmiş müdavimlərin və icma sahibkarlarının  biznes təlimlərinə cəlb edilməsi;
  • Peşə kurslarının müvəffəqiyyətlə bitirmiş gənclərə sertifikatların təqdimat mərasiminin təşkili;
  • Peşə kurslarını bitirmiş gənclərə biznes plan hazırlanmasında dəstək;
  • Möhkəm başlanğıclı İqtisadi Layihələr üzrə (MBİL) qrant verilməsi prosesinin təşkili;
  • MBİL vasitəsilə yeni yaradılmış biznes sahələrinin monitorinqi;

MÜRACİƏT

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 fevral 2023-cü il tarixinədək  office@umid-sid.az elektron ünvanına göndərə bilərlər.
  • Müraciətdə  vəzifə  adını konkret şəkildə (məs: icma səfərbərçisi, UYŞH üzrə mütəxəssis) göstərməyiniz  xahiş olunur.
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
  • Əlavə məlumat üçün: 050 528 75 94  nömrəli telefona zəng vura bilərsiniz.

                                                                                                                                    

                                                                                                                   Ümid SİD İB

Şərhlər bağlıdır.