İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı
2021-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 507121,1 min manatlıq, qiymət indeksi tətbiq olunmaqla (2020-ci ilin qiymətlərilə) 485771,2 min manatlıq və ya 4,4 faiz çox məhsul (işlər, xidmətlər) istehsal edilmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində Mingəçevir şəhərində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı fiziki həcm indeksi tətbiq olunduqdan sonra 94,1 faiz təşkil etmişdir.
Hesabat dövründə şəhərdə faktiki qiymətlərlə məhsul buraxılışının (işlər, xidmətlər) 68,59 faizi sənayenin, 24,93 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 4,45 faizi tikintinin, 1,23 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,48 faizi informasiya və rabitə sahələrinin, 0,32 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, payına düşmüşdür.
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksləri cədvəldəki kimi xarakterizə olunur.
2021
yanvar-dekabr (faktiki qiymətlərlə), min manatla |
2020
yanvar-dekabr (faktiki qiymətlərlə), min manatla |
Qiymət indeksi | 2021-ci il
2020-ci ilin qiymətlərilə, min manatla |
Fiziki həcm indeksi, faizlə | |
Sənaye | 347833,2 | 326284,5 | 103,1% | 337378,2 | 103,4 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 1605,2 | 1519,2 | 104,2% | 1540,4 | 101,4 |
Tikinti | 22548,9 | 71031,9 | 100,0% | 22548,9 | 31,7 |
Nəqliyyat və anbar təsərrüfatı | 6253,0 | 3352,3 | 106,7% | 5860,4 | 174,8 |
İnformasiya və rabitə | 2431,6 | 1370,8 | 100,0% | 2431,6 | 177,4 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 126449,2 | 112523,6 | 109,0% | 116011,8 | 103,1 |
YEKUN: | 507121,1 | 516082,3 | 104,4% | 485771,2 | 94,1 |
Şərhlər bağlıdır.