Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin müsahibə mərhələsi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant  müsabiqəsinin qalibi olan “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” adlı məktəb layihəsinə qeydiyyatdan keçmiş şagirdlər arasında müsahibə keçirilib.

Layihə çərçivəsində Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziya, Ağdaş rayonu M. Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziya, Şəki şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziya, Göyşay şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyalarda qeydiyyatdan keçmiş şagirdlərlə görüşlər keçirilib.

Əvvəlcədən tərtib olunmuş müsahibə sualları əsasında müsahibə aparılıb. Meyarlara əsasən müsahibədə ən yüksək nəticə göstərmiş 40 şagird düşərgədə iştirak etmək haqqı qazanıb.

Layihənin hədəf qrupuna 14-17 yaş aralığında təhsil alan şagirdlər (8,9,10, 11-ci siniflərə) aid edilib.

Layihənin rəhbəri Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova seçilən şagirdlərə düşərgə barədə ətraflı məlumat verib.

Şərhlər bağlıdır.