Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin açılış mərasimi keçirilib

86

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə  İnkişaf və İnnovasiyalar üzrə VII qrant” müsabiqəsinin qalibi olan məktəb layihəsinin açılış mərasimi həyata keçirilib.

Layihə rəhbəri İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova tədbir iştirakçılarını salamlayıb. Layihənin mahiyəti haqqında ətraflı məlumat verib. “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” düşərgəsinin 3 gecə 4 gün müddətində, 2023-cü il “Gənclər Paytaxtı” seçilən Mingəçevir şəhərində yerləşən İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyada təhsil alan şagirdlərlə yanaşı, Ağdaş, Göyçay, Şəki şəhərlərində fəaliyyət göstərən internat tipli məktəbləri də əhatə etdiyini bildirib.

Cənab Prezident İlham Əliyevin təhsilalanlara olan diqqət və qayğısından bəhs edən Mingəçevir şəhər YAP təşkilatının sədri Bəxtiyar Mustafayev  Gənc nəslin yetişdirilməsində əməyi danılmaz olan məktəb direktoru və müəllimlərimizin bu kimi layihələrdə iştirak etməsini və uğur qazanmasını  müsbət hal olaraq dəyərləndirib.

Mingəçevir Dövlət Universiteti (MDU) Təhsil fakultəsinin dekanı t.f.d dos. Nizami Zeynalov çıxışı zamanı Mingəçevir şəhərində hər zaman təhsilə dəyər verildiyini bildirib. İnternat məktəbi olmasına baxmayaraq məktəbin fəaliyyətinə uğurlar arzu edib. N. Zeynalov MDU-un akademik heyəti, tələbə və magistrantlarının düşərgə boyunca “karyera və inkişaf” təlimlərinin keçirilməsi, o cümlədən “staff “ heyətdə yer almasını yüksək qiymətləndirib.

Mingəçevir Turizm Kolleci (MTK)-in direktoru Kamal Əhmədov düşərgənin  təşkilini vacibliyindən danışıb. Karyera planlamasının şagirdlərin gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan K. Əhmədov bu kimi layihələrin davamlı olmasının, şagirdlərin inkişafı baxımından zəruri olduğunu bildirib və layihəyə  uğurlar  arzu edib.

“Abral Academy” təhsil mərkəzinin həmtəsisçisi və rəhbəri olan Tural Abdurahimov çıxışı zamanı, bu layihənin İnternat məktəbi anlayışına yeni cığır açdığını bildirib. Akademyanın müəllim  heyətinin düşərgə şagirdlərinə verə biləcəyi töhfələrdən bəhs edən T. Abdurahimov bu kimi layihələrin həm təhsilin həm şəhərimizin inkişafına ciddi töhfə verdiyini bildirib və davamlılığını arzu edib.

Abral Academy təhsil mərkəzinin müəllimi, layihələr üzrə mentor, düşərgənin eksperti Aynur Quliyeva  düşərgə haqqında məlumat verib. Hədəf qrupuna 14-17 yaş aralığında təhsil alan şagirdlərin (8,9,10,11-ci siniflərə) aid ediləcəyini qeyd edən layihənin eksperti düşərgənin həm şagirdlərin qış tətilini səmərəli keçirməsinə, həm də onların gələcək həyatlarında mühüm olan həyatı biliklərə yiyələnmələrinə səbəb olacağını vurğulayıb. Layihəyə 40 nəfər məktəblinin iştirakçı kimi qoşulmasının nəzərdə tutulduğunu qeyd edib.  “ Bacarıqlar (skills) ” təlim paketindən danışan ekspert bu paket əsasında iştirakçılara “ Əsas Bacarıqlar (soft skills)” , “Davranış psixolgiyası” və “ Zamanın idarə olunması” təlimlərinin keçiriləcəyini vurğulayıb və peşəkar təlimçilərin bu layihəni fərqli və maraqlı təşkil edəcəyini qeyd edib.

Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi və düşərgənin psixoloqu  İlhamə İsmayılova layihədə iştirakından məmnunluğunu bildirib və layihə ərzində qarşıda duran məqsədlər haqqında danışıb. Düşərgənin ilk günü “ Hədəf ” təlim paketindən istifadə olunacağını bildirən layihənin psixoloqu İlhamə İsmayılova, bu təlim paketi əsasında iştirakçılara “Sosial-psixoliji, mühit adaptasiyası” təliminin keçiriləcəyini bildirib.

Düşərgə rəhbəri Füzuli Gənclər evinin direktor müavini Etiram Sadıqzadə İştirakçıların  boş vaxtlarını səmərəli keçirməsi, həmçinin daha çox biliyə sahib olmaları üçün komandalar arasında “Nə?” “Harada?” “Nə zaman” intellektual oyun, “ Natiqlik ” təlim paketindən istifadə olunacağı, Bu təlim paketi əsasında iştirakçılara “ Təqdimat bacarıqları və natiqlik ” ,“ Bədən Dili ” və “ Qərar qəbuletmə bacarıqları” təlimlərinin keçiriləcəyini bildirib. Axşam isə eyni qaydada iştirakçıların hər birinin iştirakı ilə “Məclisi-Üns” təşkil olunacağı qeyd edilib.

Mingəçevir şəhər 14 nömrəli məktəbin direktoru Ceyhun Atayev, Xaldan kənd kompleks tam orta məktəbin direktoru Günel Yusifzadə, MDU-nun akademik heyəti,  şəhər Təhsil Sektorunun, Gənclər Evinin nümayəndə heyəti, layihənin açılış mərasimində iştirak edərək uğurlar arzu ediblər.

Daha sonra Layihə çərçivəsində görüləcək işlər müzakirə olunub və ətraflı fikir mübadiləsi aparılıb.

 

Şərhlər bağlıdır.