Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İndoneziyanın Azərbaycandakı səfiri Mingəçevir Dövlət Universitetində olub

Cari ilin 21 fevral tarixində İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı föqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub.

Qonaqla görüşən MDU-nun rektoru Şahin Bayramov universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər və sürətlə dəyişən əmək bazarının tələblərinə əsaslanan strateji hədəflər barədə məlumat verib. MDU-nun beynəlxalq əməkdaşlıq üzrə prioritetləri barədə danışan Ş.Bayramov gələcəkdə İndoneziyanın müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.

MDU-da olmaqdan məmnunluğunu bildirən səfir Hüsnan Bəy Fanani Azərbaycanla İndoneziya arasındakı çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Ölkəsinin ali təhsil sistemi, qabaqcıl universitetləri, xarici vətəndaşlar üçün təqdim olunan təqaüd imkanları haqqında danışan səfir gələcəkdə MDU tələbələri və müəllimlərinin İndoneziyada təhsil alması və təcrübə keçməsinə zəruri dəstək göstərməyə hazır olduğunu bildirib.

Sonra qonaq MDU-nun professor-müəllim və tələbə heyəti qarşısında “İndoneziya – Azərbaycan: tarix və diplomatik əlaqələr” mövzusunda geniş təqdimat edib. Səfir öz çıxışında iki ölkə arasındakı diplomatik əlaqələrin yaradılması tarixi, həyata keçirilən tədbirlər və perspektiv imkanlar barədə ətraflı məlumat verib.

Təmsil etdiyi ölkənin tarixi, təhsil sistemi, iqtisadiyyatı, mədəniyyəti və turizm imkanları haqqında danışan səfir İndoneziyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını və bu məsələdə daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Azərbaycan multikulturalizminin müasir qlobal cəmiyyətə mühüm töhfələr verməsini yüksək qiymətləndirən səfir iki ölkə arasında orta tarixi və mənəvi dəyərlərin mövcudluğunu vurğulayıb. Qonaq Nizami Gəncəvi, Nəsimi, Xətai, Füzuli, Hüseyn Cavid və digər mütəfəkkirlər yetirən Azərbaycan xalqının zəngin mədəni irsə malik olmasını ayrıca qeyd edib və belə bir ölkədə diplomatik xidmətdə olmaqdan qürur duyduğunu bildirib.

Səfir və onu müşayət edən diplomatların ifasında təqdim edilən Azərbaycan və İndoneziya musiqiləri və rəqsləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.