İlk məşğələdə “Heç kəs kənarda qalmamalıdır” prinsipinin mahiyyəti açıqlanıb
DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində “Tələbə qızların xəbər dünyası” 6 həftəlik təlim proqramına başlanıb. Həftədə 1 gün səhərdən axşama qədər davam edən proqramım birinci məşğələsi dekabrın 15-də Mingəçevir Media Mərkəzində baş tutub. “Heç kəs kənarda qalmamalıdır” prinsipinin mahiyyətini açıqlayan təlimçi Yeganə Nəbiyeva auditoriyanı Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ətraflı məlumatlandırıb. O, DİM-lərin strukturu, şəbəkəsi, klassifikasiyası, dünyanın vahid siyasətlər sistemində rolu, DİM-lər arasında əlaqələr barədə danışıb, konkret rəqəmlərə istinad etməklə fikrini əsaslandırıb. Geniş diskussiya şəraitində keçən məşğələdə Gender bərabərliyinə doğru irəliləyiş DİM-in icrasını sürətləndirən amil kimi xarakterizə olunub.
Təlim proqramının rəhbəri Fərman Nəbiyev bildirib ki, Mingəçevir Dövlət Universiteti və Mingəçevir Tibb Kollecini llayihədə təmsil edən 10 tələbə qız növbəti təlimlərdə qısa xəbər yazmağın, sosial problemlərlə, xüsusən gender məsələləri ilə bağlı araşdırma aparmağın yollarını öyrənəcək, eyni zamanda mi-news.az səhifəsinə öz istifadəçi profilləri ilə daxil olub yazılarını yerləşdirmək imkanı qazanacaqlar.
“Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihəsi üzrə gerçəkləşir.
Şərhlər bağlıdır.