Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham İsmayılov şəhər ictimaiyyətinə təqdim olundu

354

Dekabrın 18-də  Mingəçevir Şəhər İcra Hakimiyyətinin yeni başçısı şəhər ictimaiyyətinə təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Azərbaycan   Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev   bildirib ki, dekabrın 17-də ölkə başçısı İlham Əliyev İlham Mehdixan oğlu İsmayılovun Mingəçevirə İcra Hakimiyyəti başçısı təyin olunmasıyla bağlı sərəncam imzalayıb:  “Bildiyiniz kimi, Niyazi Bayramov avqust ayının 28-dən Gəncə şəhərinə başçı təyin olunub. O zamandan bəri Mingəçevirdə bu vəzifədə çalışmaq üçün çoxlu namizədlər irəli sürülmüşdü. Lakin şəhər aktivini nəzərdən keçirən cənab Preziudent İlham İsmayılovun üzərində dayandı. İlham müəllimi hamınız tanıyırsınız. Mingəçevirə təyinatla gəlib, uzun yol keçib, təcrübəlidir.  Mingəçevirlə bir yerdə həyatını qurub, inkişaf edib”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu etimada görə Prezidentə təşəkkürünü çatdırıb və bildirib ki, ölkə başçısı Mingəçevirə həmişə diqqət göstərib,  mingəçeviurlilərin əldə etdiyi uğur və nailiyyətlər Prezidentin siyasəti sayəsində əldə olunub:  “Mən sizi əmin etmək istəyirəm ki, mingəçevirlilər göstərilən diqqət və qayğıya yüksək əməkləri ilə cavab verəcəklər. Mingəçevirdə abadlıq-quruculuq işləri daim davam etdiriləcək. Ölkə başçısının apardığı siyasətin Mingəçevirdə tam şəkildə həyata keçirilməsində canımla, qanımla xidmət göstərməyə hazıram”.

Təqdimat mərasimində  Mingəçevir Dövlət Universitetini rektoru Akif Hacıyev, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov  İlham İsmayılovun yüksək iş keyfiyyətindən və buna görə də Prezidentin təyinatından məmnun qaldıqlarından  danışıblar. Onlar  vurğulayıblar  ki, uzun illər bir yerdə çalışdıqları bu insanın yenə də ətrafında olacaq və şəhərin inkişafı, əhalinin rifahı naminə ona dəstəklərini əsirgəməyəcəklər.

Mərasimə yekun vuran Z. Nağdəliyev  son illər ölkəmizdə bütün sahələrdə aparılan  islahatlar və layihələr, Mingəçevirdə enerji müəssisələrinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər, bir çox sosial obyektlərin, o cümlədən Sənaye Parkının qurulması ilə yeni iş yerlərinin açılması barədə də fikirlərini bildirib.

Şərhlər bağlıdır.