Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham İsmayılov: “Biz həm erməni quldurları ilə döyüşürük, həm də COVİD-19-la…”

Dövlət Müstəqilliyinin 29-ci ildönümü ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhid ailələri  və Qarabağ əlilləri cəmiyyətinin sədrləri ilə görüşüb. Başçı müstəqillik günü ilə bağlı təbriklərini çatdırıb və ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın yeni inkişaf dövrünə qədəm qoyduğunu deyib: “Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib.  Unutmayaq ki, ölkəmiz hazırda iki düşmənlə-bütün dünyanı cənginə alan pandemiya və Azərbaycan ərzisində terror törədən erməni quldurları ilə üz-üzədir. Ali Baş Komandanın rəhbətliyi ilə Ordumuz əsarət altında olan rayonlarımızı erməni işğalçılarından təmizləməkdədir. Hər gün bu barədə sevincli xəbərlər alırıq. Biz də yerlərdə bir əsgər olaraq, bütün qayda-qanunlara riayət etməli, düşmənin yaydığı dezinformasiyaların qarşısını almalıyıq”.

İlham İsmayılov COVİD-19-un yenidən aktivləşdiyini və buna görə də pandemiyanın qarşısını almağa yönələn qaydalara ciddi əməl etməyi vacib sayıb: “Milli  Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq. Buna görədə sizlər öz üzvləriniz arasında geniş maarifləndirici söhbətlər aparmalısınız. İnsanlar daha çox yas mərasimlərində virusa yoluxurlar.Yas mərasimlərinin keçirilməməsi, məsafə saxlanması, maskadan istifadə edilməsi vacibdir”.

Tədbirin sonunda dövlət müstəqilliyi günü münasibəti ilə Qarabağ əlilləri və şəhid ailələrinə Mingəçevir Şəhər İcra Hakimiyyəti fondundan 200 manat məbləğində yardım edilib.

Şərhlər bağlıdır.