Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İki az yaşlı qız küçədə

Bayram ərəfəsində Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasına baş çəkəndə iki az yaşlı uşağın da bura gətirildiyinin şahidi olduq. Sanatoriyanın baş həkimi Fəxrəntac xanım bildirdi ki, bu uşaqlar şəhər polis şöbəsinin və  şəhər İcra Hakimiyətinin xəttilə gətirilib. Mingəçevir İcra Hakimiyyəti  başçısı yanında  Qəyyumliq və Himayəçilik Komissiyasının nümayəndəsi Tofiq Əsgərovun dediyinə görə,  bu uşaqları  vətəndaşlar  H.Əliyev Məscidinin qarşısında görüb, şəhər polis şöbəsinə məlumat veriblər: “3 yaşına qədər uşaq atılarsa, müvəqqəti olaraq səhiyyə mərkəzlərində yerləşdirilir. Onları qəyyumluq və himayəçilik komissiyasının qərarı ilə  Uşaq Nevroloji sanatoriyasına yerləşdirirdik.  Polis şöbəsi tərəfindən uşaqların valideynləri araşdırıldı. Aydi oldu ki, hər ikisi imkansiz, səhhətlərində problemi olan, evsiz-eşiksiz admlardır. Onların uşaqlardan imtina ərizələri də var. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə uşaqlar  Gəncə uşaq evinə göndəriləcək”.

Uşaqların atası ilə də görüşdük və niyə bu azyaşlı  qızları atdığının səbəbini soruşduq. O, “İmkanım  yoxdur, baxa bilmirik” deyərək bizdən uzaqlaşdı.

Şərhlər bağlıdır.