Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İdeal Gənclər” “Əlil gənclərə qayğı” adlı layihəyə başladılar

226

Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Əlil gənclərə qayğı” layihəsinin icrasına başlanıb. Mingəçevir şəhərində fəaliyyət göstərən “İdeal Gənclər” İctimai Birliyinin təhsil mərkəzində fevralın 20-dən başlanan layihə aprelin 20-dək davam edəcək. Təşkilatın nümayəndəsi Teymur Əzizovun dediyinə görə, proqram çərçivəsində şəhərin Energetiklər və Sağ sahil qəsəbələrində, Tərəvəzçilik sovxozu və Vaqonlar yaşayış sahələrində məskunlaşan 18-25 yaşlı və fiziki qüsurlu gənclərə kompüterdən ilkin istifadə qaydaları və ofis proqramları öyrədiləcək: “Öncə Gənclər və İdman İdarəsi, Mənzil Kommunal Təsərüffat Kombinatı və Əlillər Cəmiyyətinin köməyi ilə iştirakçıların yaşayış ünvanlarını müəyyənləşdirəcək və onlara məlumat xarakterli məktublar göndərəcəyik. Heydər Əliyev Mərkəzində müxtəlif bilik yarışları və intellektual oyunların təşkili, gənclərə diplomların verilməsi, daha çox fərqlənənlərin işlə təmin edilməsinə kömək göstərilməsi də gerçəkləşdirəcəyimiz layihədə nəzərdə tutulub”.

Şərhlər bağlıdır.