Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Vətən Müharibəsi qazilərinə baş çəkib. Səmimi söhbət zamanı qazilərin şərəfli döyüş yolundan, müzəffər ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı qələbədən, şəhid ailələri və qazilərə diqqət və qayğıdan danışılıb. Başçı yaralılara Allahdan şəfa diləyib, tezliklə ayağa qalxmalarını arzulayıb, onların ailələrinin problemləri ilə maraqlanıb.
Şərhlər bağlıdır.