Mingəçevirlilərlə icra hakimiyyəti başçısının görüşləri ənənə halını alıb. Sakinlər etiraf edirlər ki, illərlə yığılıb qalmış problemlər həll olunur, narahatlıqlara son qoyulur. 14 saylı məktəbin konfrans zalında A.Məmmədov, Ş.İ.Xətai, Nizami və Nərimanov küçələrinin sakinləri ilə keçirilən görüşdə bu məsələ xüsusilə vurğulanıb.
Görüşdə iştirak edənlər mövcud problemlərə də toxunaraq, qarşılaşdıqları çətinliklərdən danışıblar. Bildiriblər ki, məhəllədəki yaşayış binaları uzun illərdir ki, mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmur. Ərazidə işıqlanma zəifdir. Şəhərə suvarılma məqsədilə su verilmədiyindən yaşıllıqların suvarılmasında çətinliklər qalmaqdadır. Kanalizasiya sistemi normal işləmir. Zibil qablarının səliqə ilə yerləşdirilməməsi və onların vaxtlı-vaxtında dezinfeksiya edilməməsi narahatlıq doğurur. Ərazidəki iki uşaq bağçası-körpələr evinin və yaşayış evlərinin əsaslı təmirinəə ehtiyac var. Xüsusən binaların giriş hissələrinə qapılar qoymağa, fasad və dəhliz hissələrinə əl gəzdirməyə ehtiyac var.
Çıxışları dinləyən İcra hakimiyyəti başçısı İlham ismayılov əminliklə deyib ki, qaldırılan problemlər mərhələli şəkildə həllini tapacaq. O, bir çox məsələlərin həlli istiqamətində tədbir görülməsi üçün görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verib.
Səyyar görüşdə Prezident Administirasiyasının məsul işçisi Vəfədar Bağırov da iştirak edib.
Şərhlər bağlıdır.