Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Tərtər rayonunda ictimai müzakirə təşkil edib

Tədbir regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində təşkil olunub

Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində YAP Tərtər Rayon Təşkilatının inzibati binasında  keçirilən tədbirə 25 nəfər Tərtər rayon sakini qatılıb.

Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verib.

Layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirildiyini bildirən M.Məmmədova layihənin məqsədinin cəbhəyanı regionda  sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsi olduğunu qeyd edib.

Daha sonra çıxış edən layihənin eksperti Rafiq Muradov bildirib ki, Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağını bəyan edib.

Ekspert ictimai müzakirə zamanı təmas xəttində illərlə atəş altında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün  həyata keçirilməsi vacib olan addımlarla bağlı iştirakçıların fikirlərinin maraqlı olacağını qeyd edib.

Aparılan müzakirələrdə Tərtər rayon sakinləri regionda sülhə nail olması və ermənilərlə birgəyaşayışın mümkün olub-olmaması ilə bağlı fikirlərini səsləndiriblər.

Şərhlər bağlıdır.