MTK-da müəllim günü nə ilə yadda qaldı?
“Azərbaycan turizmini təbliğ edə biləcək suvenir hazılığı məsələsi gündəmdə dayandığı üçün istedadlı tələbələrin ideyalarına geniş yer verməliyik”
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllim günü sözlü-nəğməli bayram tədbiri ilə qeyd olunub. Kollecin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov şərəfli peşə sahibləri olan müəllimləri peşə bayramı münasibəti ilə təbrik edib: “Bütün ixtisas sahiblərini, o cümlədən döblət başçılarını və görkəmli siyasi xadimləri yetişdirən məhz müəllimlərdir.Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sağlığında bu şərəfli peşə sahiblərini daim atalıq qayğısı ilə əhatə edib, onların əməyinə yüksək qiymət verib. Həmin siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İllərdir ki, əmək sərf edərək turizm sahəsi üçün ixtisaslı kadrlar yetişdirdiyimiz doğma kollecimizin təsis olunması və bu günki uğurları da məhz cənab prezidentin elmə, təhsilə və təhsil işçilərinə göstərdiyi qayğının təzahürüdür.”
Professor Əyyub Əyyubov Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin kollecə səfəri ilə bağlı təəssüratlarını da iştirakçılarla paylaşıb, aparılan müzakirələr, qarşıda duran yeni vəzifələr barədə söhbət açıb: “Təhsildə obyektivlik, şəffaflıq və yüksək nəticə əsas fəaliyyət prinsipimizə çevrilməlidir. Azərbaycan turizminin gələcəyi turizmin inkişafına verə biləcəyimiz töfhədən, yəni yetişdirdiyimiz kadrların səviyyə və bacarığından asılı olacaq. Bu yolda hər bir pedaqoqa yaradıcı uğurlar arzulayıram”.
Direktor müavini Çinarə Allahverdiyeva, tələbə yaradıcılıq mərkəzinin rəhbəri Əşrəf Əsgərov və başqaları da tədris prosesində əldə edilən naliyyətlərdən və perspektivlərdən söz açıblar.
Bayram tədbiri bədii-əyləncəli xarakter daşıyıb. Tələbə özfəaliyyət qrupu fəalları sözlü-nəğməli proqramları ilə pedaqoqları peşə bayramı münasibəti ilə təbrik ediblər.
Tədbirə yekun vuran professor Əyyub Əyyubov tələbələrin çıxışından, nümayiş etdirdiyi ifa bacarığından xeyli təsirləndiyini bildirib: “Biz təhsil müəssisəsi olaraq təkcə ixtisaslı mütəxəssislər deyil, həm də hərtərəfli vətəndaş yetişdirməyə çalışırıq. Hər yeni tədris ili öncəsi istedadlı gənclərin arayıb ortaya çıxarılması üçün səylərimizi əsirgəmirik. Növbəti mərhələdə isə bu gənclər peşəkar mütəxəssislərimizin rəhbərliyi altında fəaliyyət göstərən çoxsaylı özfəaliyyət dərnəklərinə, o cümlədən mədəni- kütləvi tədbirlərin təşkilinə cəlb olunur. Sevindirici haldır ki, yeni tədris ilindən etibarən sıralarımız yeni istedadlı gənclərlə zənginləşib. Biz bu fürsəti əvvləlki dönəmlərdən də fərqli şəkildə nəticə yönümlü istəklə dəyərləndirməliyik. Davamlı olaraq müxtəlif müsabiqələr, yarışmalar keçirilərək, tələbə təşəbbüslərinə dəstək verilməlidir. Eyni zamanda Azərbaycan turizmini təbliğ edə biləcək suvenir hazılığı məsələsi gündəmdə dayandığı üçün
istedadlı tələbələrin ideyalarına geniş yer verməliyik. Çünki suvenir istehsalı sahələri həm də tələbə təcrübə yerləri statusuna malik olacaq. Bir sözlə, bizi böyük hədəflər gözləyir.Birlikdə böyük hədəflərə yetişəcəyimizdən əminəm.”
Şərhlər bağlıdır.