Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Heydər Əliyev İrsinin Davamçıları – Konstitusiya Elçiləri” layihəsi üzrə yekun tədbir keçirilib.

Layihənin yekun tədbiri Mingəçevir Gənclər Evində təşkil olunub. Tədbirdə layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, keçirilmiş maarifləndirici təlimlər və əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, layihənin əsas məqsədi gənclər arasında Konstitusiya biliklərinin artırılması, hüquqi maarifləndirmə, milli suverenlik və dövlətçilik dəyərlərinin təbliği, vətəndaş məsuliyyətinin gücləndirilməsindən ibarət olub.
Tədbir çərçivəsində layihə rəhbəri Elman Şahvələdov çıxış edərək layihənin icra mərhələləri, qarşıya qoyulan hədəflər və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, layihə gənclərin hüquqi düşüncə tərzinin formalaşmasına, Konstitusiyaya bağlılıq şüurunun möhkəmləndirilməsinə və vətəndaş mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.
Layihə çərçivəsində keçirilmiş maarifləndirici təlimlərdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Konstitusiyasının formalaşmasındakı müstəsna rolu, hüquqi dövlət quruculuğu, milli suverenliyin hüquqi əsasları və konstitusion hüquq və vəzifələr mövzuları ətraflı şəkildə izah edilib. Təlim interaktiv formatda keçərək gənclərin fəal iştirakı ilə yadda qalıb.
Layihənin yekun mərhələsində fəaliyyət planına uyğun olaraq intellektual yarış təşkil olunub. Yarış zamanı gənclər Konstitusiya, dövlətçilik və hüquqi biliklər üzrə sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarış gənclər arasında sağlam rəqabət və komanda ruhunun formalaşmasına xidmət edib.
Yarışın nəticələrinə əsasən birinci yerin qalibi olan komanda kubok və medallarla təltif edilib. Mükafatlandırma mərasimindən sonra layihənin icrası rəsmi olaraq yekunlaşıb.
Eyni zamanda layihənin davamlılığını təmin etmək məqsədilə layihəyə cəlb olunan gənclərdən ibarət fəal komanda formalaşdırılıb. Bu çərçivədə Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının nəzdində “Konstitusiya Elçiləri” Klubu yaradılıb. Klub gənclər arasında hüquqi maarifləndirmə və Konstitusiya dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərəcək.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Əvvəlki yazı
Növbəti yazı
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.