Heydər Əliyevin xatirəsi Mingəçevirdə yad edildi
Şəhər İcra Hakimiyyəti və YAP yerli təşkilatının birgə təşkil etdiyi konfransda tarixi şəxsiyyətin ömür yolunun səhifələri vərəqləndi
Dekabrın 10-da Mingəçevirdə “Heydər Əliyev – tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Şəhər İcra Hakimiyyəti və YAP yerli təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayişi və xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
İcra hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan tarixinin böyük bir dövrü, o cümlədən Mingəçevirin sosial-iqtisadi inkişafı Heydər Əliyevin adı ilə bağlıdır: “Mingəçevir onun Azərbaycana rəhbərlik etdiyi illərdə böyük sənaye və energetika şəhərinə çevrilib”.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə xüsusi xidmətləri olan tarixi şəxsiyyətdir”, Mingəçevir Dövlət Universitetinin dosenti Esmira Cəfərova “Heydər Əliyev şəxsi keyfiyyətlərə malik olan dövlət xadimidir”, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Heydər Əliyev əməlləri ilə qəlbimizdə yaşayan əbədiyaşar liderdir”, Mingəçevir İH-nin hüquq şöbəsinin baş məsləhətçisi Cavid Məmmədov “Müasir Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun davamıdır” mövzularında danışıblar.
Şərhlər bağlıdır.